Binəli Yıldırım: “Suriyada əsgərlərimizə hücum edənlərin cavabı veriləcək”

  • By admin
  • 24 Noyabr 2016 19:33

1712158

 

Türkiyə Suriyada “Fərat qalxanı” əməliyyatı çərçivəsində əl-Bab şəhəri ətrafında olan hərbçilərinə hava zərbəsi endirilməsinə cavab verəcək.

Gununsesi.info-nun “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

  1. Yıldırım deyib ki, bölgədə Türkiyənin İŞİD terror təşkilatı ilə mübarizəsindən məmnun olmayanların olduğu bəllidir: “”Fərat qalxanı” əməliyyatı çərçivəsində  Əl-Babın ətrafının İŞİD terrorçularından təmizlənməsi üçün Türkiyə ordusunun müxalif Azad Suriya Ordusuna dəstəyi davam edir. Təəssüf ki, dünən gecə hava hücumu nəticəsində 3 əsgərimiz şəhid olub, 10 əsgərimiz yaralanıb. Bəllidir ki, İŞİD-lə mübarizəmizdən məmnun olmayanlar var. Əlbəttə, bu hücumların cavab veriləcək”.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əl-Bab ətrafında Suriya ordusunun nəzarətində olan bölgədən qırıcı təyyarədən endirilən zərbə nəticəsində 3 əsgərin şəhid olduğu, 10 əsgərin yaralandığı barədə məlumat yayıb.

 

 

Gununsesi.info