Binəli Yıldırım: “Türkiyə prezident idarəsinə keçəcək”

  • By admin
  • 02 İyun 2016 15:12

Binali Yildirimm

Türkiyənin Baş naziri Binəli Yıldırım yeni bəyanatla çıxış edib.

Gununsesi.info xəbər verir ki,  AKP-nin əsas mərkəzində çıxış edib. Yeni baş nazir bunları deyib: “Yeni konstitusiya hazırlayacağıq, Türkiyə prezident idarəsinə keçəcək.

Baş nazir daha sonra “22 milyon insanın qarşısına çıxaraq, onlardan dəstək istəyən prezident “Mən heç bir işə qarışmıram” –  deyə bilərmi? Siyasətdə belə şey varmı? Konstitusiya nə deyirsə desin, prezidentimizin əməli olaraq, siyasi məsuliyyəti yaranıb. Konstitusiya zərbə konstitusiyasıdır. Əməli vəziyyətlə konstitusiya hazırda bir-biriylə uyğunluq təşkil etməlidir. AKP və AKP-yə inanan hər kəsin qarşısındakı ən böyük vəzifəmiz budur”, – deyə fikirlər səsləndirib.

Gununsesi.info