Binəli Yıldırımdan ABŞ və Qərbə: “Haydı oradan, haydı”

  • By admin
  • 16 Avqust 2016 16:38

basbakan_yildirim_konusurken_ihbar_geldi_1471343880_2367

 

Baş nazir Binali Yıldırım AKP-nin iclasındakı çıxışında  ABŞ və Avropaya qarşı sərt reaksiya verib.

Gununsesi.info “Anadolu”-ya istinadən xəbər verir ki, Binəli Yıldırım çıxışında Rəcəb Tayyib Ərdoğana qarşı çıxanlara sərt təpki göstərib: “Türkiyədən danışarkən, onu müzakirə edərkən dönüb  öz keçmişinizə baxın. Keçmişinizdəki cinayət yüklərinizi yada salın. Nə qədər insanın qanına girdiyinizə bir nəzər salın. Ondan sonra Türkiyəni mühakimə edin. Nədir, Rəcəb Tayyib Ərdoğan “Dünya 5-dən  də böyükdür” deyib, hə? Xoşunuza gəlmədimi? Sonra da deyirsiniz ki, dünyanı ədalətli şəkildə idarə edirik “- deyə, o, bildirib.

O, Rəcəb Tayyib Ərdoğana diktator deyənlərə də mesaj göndərib: “Səhvlərinizi söyləyəyəndə diktator olacaqsan eləmi? Haydı oradan, haydı. Bu millət əsarət altına girməyən tək millətdir. Kimsəni də istismar etməyən tək millət var  – o da Türk millətidir. Təkdiş qalan  canavar mədəniyyətlilərin havadarları yenə səssiz olublar. Çevriliş sözünü ağızlarına almadılar. “Çevrilişçilər  yaxşı uşaqlardır, onları xırpalamayın” deyirlər. Talan yox, hesab veriləcək. FETÖ gələcək hesab verəcək”.

B.Yıldırım sonra deyib ki, hesab soruşarkən intiqam hissi ilə hərəkət etməyəcəklər: “Edam bir səfər ölümdür, amma ölümdən daha böyük ölümlər var bunlar üçün. KPSS-dən informasiya oğurlayanlarını qulağından tutub atacağıq. Ancaq hər hansı hiyləyə qarışmayan, alnı açıq, üzü ağ çıxanları  qoruyacağıq”. 

Gülnaz Qənbərli

Gununsesi.info