Binəqədi polisi Masazır qəsəbəsində oğurluq edən şəxsləri saxlayıb - FOTO

  • By admin
  • 29 Dekabr 2016 16:57

masazir1

Binəqədi rayonunda oyun salonundan oğurluq edən dəstə zərərsizləşdirilib.

Gününsəsi.info xəbər verir ki, Binəqədi rayon sakini rayon polis idarəsinə müraciət edərək ona məxsus oyun salonundan oğurluq olunması ilə bağlı müraciət edib. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayonunun Masazır qəsəbəsində kirayədə qalan 28 yaşlı  Ruslan Müslüm oğlu Piriyev və onun bibisi oğlu 23 yaşlı Vüsal Rövşən oğlu Məmmədov saxlanılıb. İstintaq sirri olduğundan adı açıqlanmayan üçüncü şəxsin axtarışları isə davam edir. Saxlanılan şəxslər istintaqa ilkin ifadələrində törətmiş olduqları cinayət əməlini etiraf ediblər. Ruslan piriyev oğurluğu dostu üçün etdiyini bildirib. Vüsal məmmədov isə oğurluq baş vermiş salondakı nəzarət kamerasını söndürərək cinayətlərinin izini gizlətmək istəyib.

Faktla bağlı Binəqədi rayon polis idarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

masazir

Gününsəsi.info