Binəqədi sakini özünü bıçaqlayıb

  • By admin
  • 04 Oktyabr 2016 10:32

bicaq

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, rayonun 8-ci mkr ərazisindən 42 yaşlı Azər Məmmədov boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyata götürülüb. Həkimlərin onun həyatını xilas edə biliblər. Hadisə barədə 5-ci polis bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisə yerinə yollanıblar. Müayinələr aparıblar. Azər Məmmədov həkimlərə özü özünə xəsarət yetirdiyini bildirib. Lakin onun ifadəsinin düzgünlüyü polisin apardığı araşdırmaların yekununda məlum olacaq.

Faktla əlaqədar cinayət işi başlanıb.

Gununsesi.info