Biləcəridə məskunlaşan məcburi köçkünlər Bakı-Sumqayıt yolunu bağlayıb.
Gununsesi.info xəbər verir ki, etirazçılar bildirib ki, yaxınlıqda aparılan metro tikintisi onların yaşadığı evləri yararsız hala salıb. Bir neçə ev isə tamamilə çöküb. Onların köçürülmələri üçün isə lazımı kompensasiya ödənilmir. Hazırda Binəqədi Rayon İcra başçısının müavininin əraziyə gəldiyi bildirilir.
Gununsesi.info