Binəqədi sonuncu yerdə qərarlaşdı - ƏN AZ MAAŞ BU RAYONDADIR

  • By admin
  • 27 Dekabr 2017 16:38

2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhəri üzrə siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7151 nəfər artaraq 695583 nəfər olub.

Bakı şəhər Statistika İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 6,7% artaraq 782,9 manat olub.

Hesabat dövrü üzrə siyahı tərkibində olan işçilərin sayı və işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsinin dəyişməsi aşağıdakı kimi xarakterizə olunur:

 

 

 

2017-ci ilin yanvar-oktyabr aylarında siyahı tərkibində olan işçilərin sayı (nəfərlə)

2017-ci ilin yanvar-oktyabr  aylarında orta aylıq nominal əmək haqqı (manat)

Bakı şəhəri – cəmi *)   695 583 782,9
  o cümlədən rayonlar:
Binəqədi

43 450

430,3

Xətai

62 480

831,1

Xəzər

29 506

644,9

Qaradağ

25 198

956,8

Nərimanov

64 699

519,6

Nəsimi

152 509

614,8

Nizami

44 672

668,9

Pirallahı

7 716

1 379,6

Sabunçu

27 379

484,7

Səbail

114 171

1 490,3

Suraxanı

19 371

572,6

Yasamal

104 432

645,7

Gununsesi.info