
Paytaxtın Binəqədi rayonu ərazisində bir nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.
Gununsesi.info xəbər verir ki, Xocahəsən qəsəbəsində 1992-ci il təvəllüdlü Hüseynov Hüseynağa Kərim oğlu evə gedərkən naməlum şəxs ona yaxınlaşaraq mübahisə etməyə başlayıb.
Bu zaman əlbəyaxa dava düşüb. H.Hüseynov özünü müdafiə edərkən bıçaqlanıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Gununsesi.info