Binəqədidə bıçaqlanma hadisəsi baş verdi

  • By admin
  • 06 Oktyabr 2016 11:03

bicaqlanma-1

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, 34 yaşlı Fərid Atakişiyev Bakı Beynəlxalq Avtovağzalı ərazisində bıçaqlanıb.

Yaralı təcili-tibbi yardım maşını ilə xəstəxanaya gətirilib. Fərid Atakişiyevi bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Hadisə yerinə ərazi üzrə 6- cı Polis Bölməsinin əməkdaşları gəliblər.

Şahidlər dindirilib. Avtovağzal ərazisindəki nəzarət kameralarına baxış keçirilib.

Yaralını dindirmək mümükün olmayıb. Hadisəni törədən şəxsin axtarışları davam edir.

Faktla əlaqədar cinayət işi başlanıb.

Gununsesi.info