Binəqədidə DƏHŞƏT: 11 yaşlı yeniyetmə vəhşicəsinə döyüldü

  • By admin
  • 03 Noyabr 2023 09:44

Bakının Binəqədi rayonunda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən döyülmə hadisəsi baş verib.

Gununsesi.info report-a istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Həsənli Ülfət Rahil oğlu döyülüb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qabırğaların sınığı, bədənin çoxsaylı hematoması və sıyrılmış yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info