
Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan 3 otaqlı evin 1 otağının, mətbəxinin, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi və bitişik ümumi sahəsi 300 m2 olan ikimərtəbəli ev yanğından mühafizə olunub. Yanğın saat 09:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info