Binəqədidə güclü yanğın olub

  • By admin
  • 28 Noyabr 2016 18:16

yangin

Bakının Binəqədi rayonunda (bir dam altında tikilmiş, 2 mənzildən ibarət) vətəndaşlara məxsus, ümumi sahəsi 142 m2 olan mənzillərin yanar konstruksiyaları və dam örtüyü 40 m2 sahədə, digər vətəndaşa məxsus 160 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 70 m2 sahədə yanıb.

Gununsesi.info FHN-in saytına istinadən verdiyi məlumata görə, evlərin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info