Binəqədidə şəhidlərimiz anıldı - FOTOLAR

26-27 sentyabr 2022-ci il tarixlərində Binəqədidə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə II Fəxri Xiyaban, Binəqədi, Xocəsən və Biləcəri qəsəbələrində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Kompleksləri ziyarəti edilib.

Gununsesi.info xəbər verir ki, ziyarətdə şəhid ailələri, qazilər, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri – Madər Musayev, Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsi Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin kollektivləri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, rayon Ağsaqqallar Cəmiyyətinin, ictimai birliklərin üzvləri, ziyalılar, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

HTML tutorial

Tədbir iştirakçıları şəhid məzarları önünə gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad ediblər.

Ziyarət zamanı Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev müqəddəs torpaqlarımız uğrunda haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağndan, şəhid ailələrinə, qazilərimizə böyük ehtiramımızdan söhbət açdı.

“Vətən müharibəsində qazanılan Şanlı Qələbəmiz bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, Şanlı qəhrəmanlıq salnaməsi olacaqdır. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi”, – deyə ayon İcra Hakimiyyəti başçısı şəhid ailələri, qazilər və rayon ictimaiyyəti qarşısındakı çıxışında qeyd edib.

Vətənimiz uğrunda canından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Allah rəhmət eləsin!

Gununsesi.info