Binəqədidə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

  • By admin
  • 28 Dekabr 2022 10:11

Dekabrın 26-sı Binəqədi rayonu Rövşən İmanov adına 205 nömrəli tam orta məktəbdə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Rövşən İmanov adına 205 nömrəli tam orta məktəbin direktoru Xoşqədəm Bağırova, məktəbin pedaqoji heyəti və şagirdləri iştirak ediblər.

Tədbir dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səslənməsindən sonra açıq elan olunub.

Sevinc Süleymanova çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir. Bu, dünya mədəniyyətinə səslənən növbəti sülh çağırışıdır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. Məhz Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi həkk olunub.


Gununsesi.info