Binəqədidə yanan binanın məhkəmə işi geri qaytarıldı - QANUN POZUNTUSUNA YOL VERİLİB

  • By admin
  • 19 Aprel 2017 17:30

yanan

Bu gün Bakı Apellyasiya Məhkəməsində Binəqədidə  19 may 2015-ci ildə  baş vermiş yanğın hadisəsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə ilkin apellyasiya baxışı keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, apellyasiya baxışında müəyyən olunub ki,  Bakı Ağır Cinayətlər Məhkəməsinin apardığı prosesdə işə ciddi qanun pozuntuları ilə baxılıb.  Ona görə də iş Bakı Ağır Cinayətlər Məhkəməsinə geri qaytarılıb.

Gülnaz Qənbərli

Gununsesi.innfo