Binəqədidə yanğın: rezin tullantıları alovlandı

  • By admin
  • 01 Avqust 2021 09:34

Binəqədi qəsəbəsində yanğın olub.

 

HTML tutorial

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

 

İlkin məlumata əsasən, açıq ərazidə təqribən 500 m² sahədə quru ot və rezin tullantıları yanıb.