
Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın dördüncü mərtəbəsində ümumi sahəsi 35 kvadratmetr olan mənzildə ev əşyaları 8 kvadratmetr sahədə və pəncərə çərçivəsi yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info