
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və Milli Məclisin deputatı Kamaləddin Qafarov sentyabrın 26-da rayonun Azadlıq prospekti, 193 ünvanında partiya fəalları ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, görüşdə ölkədaxili və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Partiya fəalları və rayon sakinləri bu formatda görüşlərin keçirilməsini təqdir etdiklərini bildiriblər.