Binəqədinin icra başçısı İlham Əliyevin qələbəsinə sevinmədi - XALƏDDİN İSGƏNDƏROV TƏDBİRƏ GƏLMƏDİ (FOTO)

  • By admin
  • 13 Aprel 2018 13:38

Aprelin 11-də  keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının  Sədri cənab İlham Əliyev xalqın mütləq  əksəriyyətinin etimadını  qazanaraq seçki marafonunun qalibi olub. Bu münasibətlə Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının təşkilatçılğı ilə Binəqədi sakinləri cənab İlham Əliyevin bu parlaq qələbəsini Binəqədi rayon Heydər Əliyev adına istirahət parkında «İlhamla İrəli!» möhtəşəm konsert proqramı ilə qeyd ediblər.

Nəticələr elan edildikdən sonra YAP Binəqədi rayon təşkilatının fəal gənclərinin iştirakı ilə qələbə tortu kəsilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov  xoş xəbəri  tədbir iştirakçılarına çatdırıb və bu möhtəşəm qələbəni tarixi gün adlandırıb.  O əmin olduğunu bildirib ki, qarşıdakı 7 il ərzində ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi  ilə daha böyük nailiyyətlərə imza atacaq.

Natiq Cənab İlham Əliyev sözün həqiqi mənasında görkəmli dövlət xadimi kimi ölkəyə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün əməli fəaliyyətində uğurla birləşdirdiyini qeyd etdi. O,  ölkə başçısının müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə etdiyini, həm də istənilən mötəbər məqamda ölkəsini və xalqını təmsil etmək vəzifəsini bacarıqla gerçəkləşdirdiyini bildirdi. Tədbir tanınmış estrada ulduzlarının ifasında möhtəşəm konsert proqramı ilə davam edib.

Tədbirin sonunda üzərində “İlhamla İrəli” şüarı əks olunmuş maşın və motosikletlərdən ibarət yürüş və  atəşfəşanlıq baş tutub.

 Gununsesi.info