Binəli Yıldırım koronavirusdan sağaldı

  • By admin
  • 19 Sentyabr 2020 16:45

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) İzmir millət vəkili və Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım koronavirusdan sağaldığını açıqlayıb.

Gununsesi.info bildirir ki, bu barədə “Milliyet” yazıb.

B.Yıldırım koronavirus testinin mənfi nəticə verdiyini qeyd edib.

Keçmiş baş nazir, həmçinin karantin müddətində ona dəstək olan hər kəsə öz təşəkkürlərini bildirib.

Gununsesi.info