Binəqədi Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib

  • By admin
  • 04 Noyabr 2022 14:09
Binəqədi Rayon Məhkəməsi “Xural” Media Qrupunun həbsdə olan rəhbəri Əvəz Zeynallının Baş Prokurorluğun İstintaq idarəsinin onun ailə üzvləri ilə görüşünə və telefon danışığına qoyduğu məhdudiyyətlə bağlı şikayətini təmin etməyib.
Bu barədə Gununsesi.info-ya həbsdə olan jurnalistin  vəkili Aqil Layic deyib.
Vəkil deyib ki, məhkəmənin bu qərarından apellyasiya şikayəti verəcək: “Çünki, bu qərarı qanunsuz hesab edirik”.
Qeyd edək ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması haqqında” qanunda həbsdə olan şəxslərin ailə üzvləri ilə görüş və həftədə iki dəfə telefon danışmaq hüququ var.
Günay
Gununsesi.info