Binəqədi rayon sakini özünü bıçaqladı

  • By admin
  • 08 Oktyabr 2016 13:44

bicaq
Bakıda intihar hadisəsi baş verib.

Gununsesi.info Binəqədi rayon Prokurorluğuna istinadən xəbər verir ki, hadisə rayonun 2-ci mədən ərazisində qeydə alınıb. Orada yaşayan, 23 yaşlı İxtiyar Arif oğlu Xudaverdiyev yaşadığı evdə özünü bıçaqlayıb.
O, təcilli olaraq xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. İ.Xudaverdiyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Gununsesi.info