Binalar 5 mərtəbədən yüksək olmamalıdır - Parlamentdə məsələ qaldırıldı

  • By admin
  • 24 Fevral 2023 12:01

Əvəllər çox ciddi nəzarət var idi. Təəssüflər olsun ki, hazırda Gəncə və ətraf ərazilərdə çoxmərtəbəli binalar tikilir. Düşünürəm ki, 5 və maksimum 6 mərtəbədən yüksək binaların tikilməsini qadağan etmək lazımdır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, binalar seymsik izalyatorlar əsasında tikilməlidir.

Onun fikrincə, mövcud binlara bu avadanlıqlar yerləşdirilməlidir. “Binalar tikilir və vətəndaşların öhdəsinə verilir ki, evlərini təmir etsinlər. Təmir nəticəsində çoxlu qanun pozuntularına rast gəlinir. Lazımi sütunlar vətəndaşlar tərəfindən yararsız vəziyyətə salınır. Bina tikən şirkətlər tam təmirli formada binaları sakinlərə verməlidirlər. Bu məsələlər nəzarət etməsək, Azərbaycan ərazisində, xüsusilə Gəncə ərazisində böyük fəlakətin olma ehtimalı var.

Kahramanmaraş şəhərinin yerləşdiyi piltə kəsişməsi ərazisində yerləşən regionda 1138-ci ildə baş vermiş böyük Aleppo zəlzələsindən cəmi 1 il sonra 1139-cu ildə Gəncədə güclü zəlzələ olmuşdu və Göygöl yaranmışdı. Bu tarixi hadisə mütləq tikintilər zamanı nəzərə alınmalıdır. Binalar 5 mərtəbədən yüksək olmamalıdır. Əhalinin həyatı təhlükəyə atılmalı deyil”, – deyə deputat parlamentdə məsələ qaldırıb.

Gununsesi.info