Binaların su təminatı ilə bağlı tələblər müəyyənləşdi

  • By admin
  • 14 Dekabr 2021 21:48

Binanın su ilə təminatı yaşayış məskəninin mərkəzi su təchizatı şəbəkəsindən nəzərdə tutulmalıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyası tərəfindən təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda qeyd edilib.

Sənədə əsasən, mərkəzi su təchizatı şəbəkəsi olmayan rayonlarda bir-iki mərtəbəli binalar üçün yeraltı sulu laylardan və ya su hövzələrindən, gündəlik su sərfi adambaşına 60 litrdən az olmamaq şərti ilə, fərdi və ya kollektiv su mənbəyinin nəzərdə tutulmasına yol verilir.

Çirkab sularının kənarlaşdırılması üçün müvafiq normativ sənədlərin tələblərinə uyğun olaraq mərkəzləşdirilmiş və ya lokal kanalizasiya sistemi nəzərdə tutulmalıdır.

Çirkab suları, həmçinin ərazi və yeraltı sulu laylar çirkləndirilmədən kənarlaşdırılmalıdır.

Gununsesi.info