“Biq Ben” sonuncu dəfə zəng çaldı –  Video

  • By admin
  • 21 Avqust 2017 22:12

w_7667
İngiltərənin paytaxtı Londonun simvoluna çevrilmiş “Biq Ben” saat qülləsi binası bu gün yerli vaxtla 12:00-da (Bakı vaxtı ilə 15:00-da) təmir və yenidənqurma ilə əlaqədar bağlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu gün sonuncu dəfə zəng çalan saat, təmirdən sonra 2021-ci ildə yenidən fəaliyyətə başlayacaq.

Hökumətdən bildirilib ki, bina təmirə bağlanmış olsa da, Yeni il günlərində və xüsusi anım tədbirlərində saat yenidən zəng çalacaq.

Binanın təmirinə 30 min funt-sterlinq xərclənəcəyi bildirilir. Təmir saatın mexanizmasının pozulmasının qarşısını almaq, qüllənin təhlükəsizliyini artırmaq və müasirləşdirmək məqsədilə aparılacaq.

Qeyd edək ki, qüllə 1858-ci ildə tikilib. Qüllədəki saat isə 11 iyul 1859-cu ildə işə salınıb. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir. Siferblatının diametri 7 m, əqrəblərinin uzunluğu 2,7 və 4,2 m-dir.

Gununsesi.info