Xaçmazın Seyidli kəndində dəm qazından zəhərlənmə qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində bir ailənin 3 üzvü zəhərlənib.
1974-cü il təvəllüdlü Hicran İsfəndiyar qızı Dadaşova, 2004-cü il təvəllüdlü Səbinə Elçin qızı Dadaşova və 2005-ci il təvəllüdlü Dəniz Xəzər qızı Şahbazlı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb.
Gununsesi.info