Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

  • By admin
  • 10 Noyabr 2016 11:10

demqazi

Bakıda üç nəfər dəm qazından zəhərlənib.

Gununsesi.info məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Rayon sakinləri – 1988-ci il təvəllüdlü Xalidə Əhmədova, 2012-ci il təvəllüdlü Məleykə Əhmədova və 1999-cu il təvəllüdlü Şəfahət Məfiyev dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdiriliblər.

Zəhərlənən şəxslərin bir ailənin üzvləri olduğu bildirilir.

Gununsesi.info