
Ağdamda bir ailənin 4 üzvü qidadan zəhərlənib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Ev şəraitində konservləşdirilmiş pomidor turşusundan zəhərlənən Rəşad Nəcəfov, Arzu Nəsibova, Rasim Naibov, Ramiz Naibov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onlar bir gün əvvəl açılan pomidor turşusunu yedikdən sonra özlərini narahat hiss etdiklərini bildiriblər.
Gununsesi.info