Bir ailənin iki gəlini bir-birinə qoşulub Bakıya qaçdı

  • By admin
  • 06 Mart 2020 11:15

Cəlilabad rayonunun Təzəkənd kəndində bir ailənin iki gəlini yoxa çıxıb.

Gununsesi.org bildirir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onların ailə üzvləri polisə müraciət ediblər. Gəlinlərin qayınatası və ərlərinin izahatı alınıb. Hazırda onların axtarışı davam etdirilir.

 Məlumata görə, hadisə ailənin başına artıq ikinci dəfədir gəlir. Belə ki, bir müddət öncə də gəlinlər ailəyə xəbər vermədən birlikdə Bakıya gəliblər. Bir neçə gün sonra ərləri tərəfindən tapılaraq evlərinə aparılıb.