Bir ailənin məhv olduğu yol təmir edilir

Sumqayıtda dəhşətli qəzanın baş verdiyi yolda təmir işləri aparılır.

Gununsesi.info xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

HTML tutorial

Bildirilir ki, işlər Bakı-Quba-Rusiya yolunun H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində aparılır. Burada olan çökəkliklərə asfalt döşənir. Bunun üçün əraziyə xüsusi texnika cəlb edilib.

Xatırladaq ki, yolun bu hissəsində, fevralın 17-də avtomobil körpüdən aşıb. Nəticədə sürücü, 37 yaşlı Seymur Əliyev, onun həyat yoldaşı 23 yaşlı Fidan Ələkbərova və bir yaşlı övladları Həmzə Əliyev hadisə yerində ölüblər.

Gununsesi.info