Bir ailədə 3 nəfər zəhərləndi

  • By admin
  • 23 Mart 2022 12:11

Xaçmazın Seyidli kəndində dəm qazından zəhərlənmə qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində bir ailənin 3 üzvü zəhərlənib.

1974-cü il təvəllüdlü Hicran İsfəndiyar qızı Dadaşova, 2004-cü il təvəllüdlü Səbinə Elçin qızı Dadaşova və 2005-ci il təvəllüdlü Dəniz Xəzər qızı Şahbazlı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info