Bir ailənin 4 üzvü mənzildə yanaraq ölüb - FACİƏ

  • Müəllif: admin
  • 29 Noyabr 2016 11:38

yanan-ev-yangin-yanqin-yangin
Bakı şəhəri, Nizami rayonunda tikintisi yarımçıq qalmış (Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 m2olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyi Gununsesi.info-ya verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar
Gununsesi.info