Bir azdan ev alan jurnalistlərin siyahısı açıqlanacaq

  • By admin
  • 19 İyul 2017 10:32
jurnalistlər evi
Bu gün Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binadan mənzil alacaq KİV əməkdaşlarının adları məlum olacaq.
Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bir azdan siyahını elan edəcək.
Adları açıqlanacaq jurnalistlərə yeni mənzillər sabah – iyulun 20-də təqdim ediləcək.
Ölkə prezidenti adından ümumilikdə KİV əməkdaşlarına 255 mənzil hədiyyə olunacaq.

Gununsesi.info