“Bizlər soyu, kökü bir olan eyni millətin iki övladıyıq. Azərbaycanda və Türkiyədə keçirilən qarşılıqlı mədəniyyət tədbirləri bizim ölkələrimizin birliyini göstərir, mədəni dəyərlərimizi təkrar-təkrar öyrənir və təbliğ etmək imkanı qazanırıq”.
Gununsesi.info-nun məlumatına görə bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Heydər Əliyev Sarayında keçirilən “Anadolu rəngləri” konsert proqramında deyib.
Səfirin sözlərinə görə, Azərbaycanla Türkiyənin qardaşlığı bir daha sübut olunur:
“Bu dövrdə Türkiyə və Azərbaycan arasındakı qardaşlığın əhəmiyyəti bir qat daha artıb. Biz bir birimizi daha yaxından tanıdıqca öz yaxınlığımızın dəyərini daha çox anlayırıq”.
Gununsesi.info