“Bu gün televiziyaların çoxunda məişət zorakılığı və əxlaqsızlıq təbliğ olunur”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən iclasında deyib.
“Bunun qarşısını nə biz, nə də aidiyyəti qurumlar ala bilmir. Televiziyalar reytinq qazanmaq üçün bu kimi hadisələri efirə çıxarır. Bir də baxırsan ki, qadın ərini qoyub onun qardaşı ilə qoşulub qaçır. Bunu niyə efirə verəsən?! Bu kimi halların qarşısını almaq lazımdır” – deyən Aqil Abbasın sözlərinə görə, Avropadan, xaricdən fondlar kütləvi pullar buraxır ki, Azərbaycanda insanların əxlaqını pozsunlar.
Gununsesi.info