
Azəri Günel iki il aradan sonra “Gel Çağıramam” adlı singl buraxıb.
Gununsesi.info “qafqazinfo”ya istinadən xəbər verir ki, yeni mahnısından danışan müğənni, eyni zamanda biznes fəaliyyətindən də bəhs edib.
Pizza restoranı olduğunu deyən müğənni yemək bişirməyi çox sevdiyini bildirib: “Əlim çox dadlıdır. Mətbəxi çox sevirəm, çox oluram orada. Salat sousları, makaronlar, toyuqlar hazırlayıram. Şükür Allaha zəhərlənən olmayıb.
-Sizi alan yaşadı o zaman ?
-Vallah bilmirəm. Məni alan yaşadı, yaşayır da.
-Alan biri var, yəni?
-İnşallah. Hər şey qismət. Mən gözə çox inanıram.
Brilliant işinə başladığını təsdiqləyən Günel GNL Diamonds adlandırdığı zərgərlik evinin zinət əşyalarının dizaynlarını da özü hazırladığını bildirib.
-Xəyalınızdakı təkdaşı dizayn etmisiniz?
-Hər kəsdəkindən fərqli, özümə görə bir şeylər çəkmişəm. Mənim üçün önəmli olan taxdınsa, onu ömür boyu çıxartmamaqdır. Evlənmək bir dəfədir, boşanmaq yoxdur”.