Bir daha deyirəm, ikinci müharibə olmayacaq - Qaribaşvili

  • By admin
  • 07 İyun 2022 10:47

“Gürcüstanda ikinci cəbhə, ikinci müharibə olmayacaq, biz sülh, sabitlik və inkişaf istəyirik”. 

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasında bildirib.

Hökumət başçısının sözlərinə görə, bu gün Avropanın ortasında, Avropanın ən böyük dövləti olan Ukraynada genişmiqyaslı müharibə baş verir, lakin Gürcüstan sülhü və sabitliyi qoruyub saxlayır:

“Bu müharibə həm Ukraynanı və onun suverenliyini, həm də Avropanın təhlükəsizlik arxitekturasını təhdid edir. Əslində, bu, bütün dünya nizamı üçün böyük bir problemdir. Ona görə də bu reallıqda, təbii ki, Aİ-yə üzv dövlətlər arasında Ukrayna ilə bağlı skeptisizm var, çünki onlar bütün bu problemləri Avropaya idxal etmək istəmirlər. Bu prosesdə isə Gürcüstan sülhü və sabitliyi qoruyub. Bir daha təkrar edirəm ki, Gürcüstanda ikinci cəbhə, ikinci müharibə olmayacaq. Biz sülh, sabitlik və inkişaf istəyirik”.

Gununsesi.info