
Ağsu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan birmərtəbəli 4 otaq və mansardan ibarət evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları 44 m2 sahədə yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda Abşeron rayonunda “BMW” markalı minik avtomobilinin mühərrik hissəsi, salonu və “Mercedes” markalı minik avtomobilinin yük hissəsi və salonu yanıb. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info