Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

15 Fevral 2018 - 12:42

Bir gənc həbs olundu, digəri öldü-30 MANATA GÖRƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Bilgəh qəsəbəsində 30 manata görə baş vermiş qətl hadisəsi araşdırılır. Bu cinayətə görə məhkəmə qarşısına çıxarılan isə 1987-ci il təvəllüdlü Əmrah Əlizadədir. O, ərzaq mağazasını işlədən Hacıbaba Məmmədovu qətlə yetirməkdə günahlandırılır.

Gununsesi.info xəbər verir ki, HacıbabaMəmmədov hadisədən sonra Sabunçudakı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Orada, hətta müstəntiqə ifadə də verib. Sonradan dünyasını dəyişib. Həmin ifadə cinayət işinin materialları arasında olsa da, ailə üzvləri buna inanmır. Elə ona görə ifadəni almış Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi məhkəməyə çağrılaraq dindirilib.

İş materiallarında yazılıb ki, Əmrah Əlizadənin qonşuluqdakı mağazanı işlədən Hacıbaba Məmmədova 30 manat borcu olub. Borcun bir hissəsini ödəyən zaman aralarında mübahisə yaranıb. Hacıbaba Məmmədov borcun hamısını tələb edib.Bu zaman mübahisə davaya çevrilib. Əmrah Əlizadə cibindəki bıçaqla Hacıbaba Məmmədovu başından vurub. Bıçaq sınıb. Daha sonra mağazada olan mətbəx bıçağı ilə yenə başından və boğazından vurub.

Əmrah Əlizadə məhkəmədə özünü qismən təqsirli bilib və deyib ki, istintaq qərəzli aparılıb. Onun sözlərinə görə, mağaza sahibi onu boğmaq və bıçaqlamaq istəyərkən özünü müdafiə məqsədilə cibindəki bıçağa əl atıb.

Mərhum Hacıbaba Məmmədov reanimasiyada verdiyi ifadədə Əmrahdan şikayətçi olmadığını göstərib. Həyat yoldaşı Gülnarə Məmmədova isə onun reanimasiyada huşsuz vəziyyətdə olduğunu və belə bir ifadə verməsinin mümkünsuzlüyünü bildirir.

Bu gün ifadəni almış müstəntiq Muxtar Muxtarov məhkəmədə deyib ki, yaralı tam özündə olmasa da, danışa, suallara cavab verə bilirdi: “Mən də suallar verdim, cavab aldım. Dedi ki, aralarında borca görə mübahisə olub. Əmrahın ona borcu olduğu üçün söyüş qoyub. Ertəsi gün pulu çatdırmadığı üçün aralarında mübahisə düşüb. Reanimasiyada ifadə almağın mümkünlüyünə gəlincə, səkkiz ildir müstəntiqəm, dəfələrlə reanimasiyada ifadə almışam. Əgər onun ifadə vermək imkanı olmasaydı, həkim içəri buraxmazdı…”

Gülər

Gununsesi.info