“Bir gecədə 613 mülki şəxs vəhşicəsinə qətlə yetirilib” - Ceyhun Bayramov

  • By admin
  • 25 Fevral 2022 11:39

“30 il əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Xocalı soyqırımı baş verib. Bir gecədə 613 mülki şəxs vəhşicəsinə qətlə yetirilib”.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Məmmədov deyib.

XİN rəhbəri qeyd edib ki, faciənin yeganə səbəbi onların azərbaycanlı olması idi.

“44 günlük Vətən müharibəsində də Ermənistan tərəfindən cəbhə xəttindən kənarda olan Azərbaycanın şəhərləri atəşə tutulub. Nəticədə 500-dən çox mülki insan həlak olub və ya yaralanıb”, – Ceyhun Bayramov deyib.

Gununsesi.info