“Bir baxarsınız, ana oluram” – 40 yaşlı Nazilə Səfərli – VİDEO/FOTO

  • By admin
  • 11 Noyabr 2019 17:40

ARB TV-nin “Hüseynova bacıları” verilişi şairə Nazilə Səfərlinin evində qonaq olub.

Gununsesi.org Milli.Az-a istinadən  xəbər verir ki, verilişin aparıcıları Ülviyyə Əliyeva və Xuraman Əlizadəni qapıda qarşılayan şairə qonaqlarına sobada balıq hazırlayıb.

Yemək bişirmə əsanasında maraqlı söhbət yaşanıb:

“Qayınananın yanında qalan gəlin özünə status qazanır. Qayınananın nəyinə lazımdır ki, əsəblərini korlasın? Qayınana illərdir bilirsiniz , niyə yaman olub? Çünki qayınananın artıq səbri daşıb. Gəlinin nə vecinədir? Cehizi ata, evi qayınata, qızıllarını isə qayınana alır. Yığıb gətiriblər, geyinib, olub gəlin. Bəs bunu saxlamaq? Bu artıq keçməli olduğun məktəbdir”.

Aparıcı Ülviyyənin “Nəvə istəyirsən?” sualına Nazilə Səfərli təəccübləndirən cavab verib:

“Dəlidən doğru xəbər. Bir baxarsınız, ana oluram, nənə yox. Həyatdır, hər şey ola bilər”.

Gununsesi.org