Bir gündə 2 850 reys ləğv edild, 9 mini təxirə salındı

  • By admin
  • 26 Dekabr 2021 20:24

ABŞ-ın təyyarə uçuşlarına nəzarəti həyata keçirən FlightAware platforması dekabrın 25-də bütün dünyada 2 850 təyyarə reysinin ləğv edildiyini elan edib.

Gununsesi.info xəbər verir ki,  bu barədə CNN Türk xəbər yayıb.

Məlumatda o da qeyd olunur ki, eyni gündə 9 minə yaxın təyyarə reysi də təxirə salınıb.

İzah edilir ki, bu qərarlara yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamı səbəb olub.

Belə ki, Omicron ştamının uçuş heyətinə təsir göstərməsi və hava yollarının qeyri-kafi kadrlarla işlədiyi qeyd olunur.

Gununsesi.info