Bir gündə 900 sürücü geri qaytarıldı – RƏSMİ – YENİLƏNİB

  • By arzu
  • 22 İyun 2020 14:46
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) “sərt karantin rejimini pozaraq” Bakıya girişə və çıxışa cəhd edən sürücülərin və cərimələnən şəxslərin sayını açıqlayıb.
BDYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, iyunun 21-i saat 00:00-dan 22-i saat 00:00-dək ölkə ərazisində xüsusi karantin rejiminin tələblərini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsinin tələbini pozduğuna görə, 1 440 nəfər, İXM-nin 211.2-ci maddəsinin tələbini pozduğuna görə, 132 nəfər olmaqla, ümumilikdə 1 572 nəfər inizibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, dünən Bakıya girişə və paytaxtdan çıxışa cəhd edən 900 maşın geri qaytarılıb.Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib.

Gununsesi.org