Bir gündə rekord sayda peyvənd vuruldu

  • By admin
  • 31 İyul 2021 20:11

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 86 790 vaksin vurulub.

 

HTML tutorial

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 276, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 514 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 972 362, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 880 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 092 231 təşkil edir.