Bir gündə 42,4 kq narkotik vasitə aşkarlandı

  • Müəllif: Firuzə
  • 07 Oktyabr 2025 11:44

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 6-da ümumi çəkisi 42,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

Gununsesi.info