Bir gündə 62 cinayət , 93 həbs

  • By admin
  • 02 Fevral 2022 11:12

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Gununsesi.info bildirir ki, bu barədə DİN-nin şöbə rəisi Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 93 nəfər saxlanılmışdır”

Gununsesi.info