Bir gündə 96 cinayətin üstü açıldı

  • By admin
  • 13 Yanvar 2022 11:19

“Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 96 cinayətin üstü “isti izlər”lə açılmışdır”.
Bu barədə Gununsesi.info-ya DİN-nin şöbə rəisi Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.
DİN sözçüsü onu da əlavə edib ki, axtarışda olduğuna görə ümumilikdə 74 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir:
“Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 59, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılmışdır”.

Gununsesi.info