Bir həftə ərzində 3 qız evdən qaçıb

Bir həftə ərzində polis tərəfindən aşkarlanan 3 qız sığınacağa yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

HTML tutorial

Onun sözlərinə görə, sığınacağa yerləşdirilən qızlar 10, 13 və 16 yaş arasındadılar:

“Onlar natamam ailələrin övladlarıdılar. Qızların valideynlərindən ya ata vəfat edib, ana işləyir, uşaq diqqətdən kənar qalıb, ya ana vəfat edib, ata ikinci dəfə evlənib və uşaqlar təzyiqə məruz qalıb, ya da ana qeyri-rəsmi şəxslə yaşayır, uşaqdan məlumatsızdır”.

 

 

K.Ağazadənin sözlərinə görə, hər 3 hadisə hüquq-mühafizə orqanlarının nəzarətindədir:

“2 qız artıq ailəsinə qaytarılıb və əminik ki, yaşadıqları ərazi üzrə İcra Hakimiyyəti ailəni nəzarətə götürəcək. 3 -cü qız isə “mən hambal deyiləm”, – deyir. Təəssüf ki,  qızın ardınca gələn də yoxdur. Artıq onunla reabilitasiyaya başlamışıq”.

Gununsesi.info