Bir ildə adını, ata adını və soyadını dəyişənlər - RƏSMİ

2021-ci ildə qeydiyyat orqanlarında adını, ata adını və soyad sonluğunu dəyişdirənlərin statistikası açıqlanıb.

Ədliyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il adını, ata adını, soyadını və soyad sonluğunu dəyişənlərin sayı 47 425 nəfər olub.

HTML tutorial

Rəsmi məlumata görə, onlardan 2346 adın, ata adının və soyadının dəyişdirilməsi üçün müraciət edib.

45079 nəfərin isə soyad sonluğunun dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.

Gununsesi.info