Bir kral ailəsi mənsubu tərəfindən yazılan ən əcaib kitab…

  • By admin
  • 11 Yanvar 2023 14:14

Şahzadə Harrinin “Spare” (Yedək) adlı avtobioqrafiyası etiraflarla və ittihamlarla dolu olduğu qədər bir eşq məktubu kimi də…

Bəzi qisimləri ilə də bu günədək əsəbi və içkili bir adam tərəfindən yazılmış ən uzun telefon mesajı təəssüratını bağışlayır.

Harri bu yaşamı “gerçəküstü bir akvarium” və “bitmək bilməyən bir Trumen Şou”, – deyə təsvir edir

Gununsesi.info xarici mətbuata istinadən həmin kitabla bağlı maraqlı yazını sizə təqdim edir.

Kitab narahatedici olacaq qədər açıqsözlü və səmimi yazılıb. Çoxluqla təcrid həyatının əcaibliklərini ortaya qoyur. Kitabdakı kiçik detallarsa gerçəklikdə nə qədər az şey bildiyimizə dair bir fikir verir.

Onu axşam yeməyindən sonra xaşxaş qəbul edən yaşlı qonşusu Şəhər Hersoqunun nəfsini almasından narahatlanan bir otçu kraliyyət mənsubu olaraq görürük.

Başqa hansı kral mənsubunun avtobioqrafiyası barda uduzulan bir bəkarət və ya soyuqdan donmuş bir penislə bu qədər detallara girə bilər?

Meqandan öncə Londondakı həyatı görünüşdə lüks içində idi, ancaq kitab həyatını saxlanaraq yaşadığını anlatdığı bölümlərlə doludur.

Evdəki tənha həyatının, psixi dərmanlarla özü-özünü müalicə etməyə çalışması, geyim deyişdirərək alış-verişlərini planlayarkən keçdiyini anladır.

Ancaq bu, eyni zamanda son dərəcə qəribə bir həyatdır.

Bir bölümdə dostunun evində xaçxaç qəbul edərkən mühafizəçilərin və kameraların orada olduğunun bilməyin yaratdığı hissiyata deyinir.

Bu heyakəyinin tam mərkəzində hər səhifəyə nüfuz edən, həyatının o andan sonrasını yolundan çıxardığı müşahidəsini verən böyük bir travma var: anası Şahzadə Diananın ölümü…

Harri anasına tamamı ilə heyran olan bir uşaq idi. Yaşadığı bütün qayğılarının mərkəzində bu keçməmiş yas duyğusu var.

Mediadan gerçəkdən də zəhləsi gedir. Parisdəki ölümə yol açan olaya deyinərək anasını davamlı bu qədər acımasızca təqib etdikləri üçün onları suçlayır.

Qardaşı Vilyamla olan anlarını, analarına duyduqları ortaq yaxınlığa istinad edir.

Kitabdakı tək əskik qalan şey isə çöl dünyaya aid hansısa bir fərqindəlik hissi.

Yaxşı, kitabdakı bütün ifşalara ən çox kim kədərlənəcək?

Ehtimal ki, “Netflix”

O 6 saatlıq televiziya cəfəngiyyatının əksinə, kitabın hər səhifəsində 1 əcaib detal yer alır.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info